Bu gün futbol üzrə milli komandamız UEFA Millətlər Liqasının II turunda Kipr yığmasının qonağı olacaq.
Ilk turda Lüksemburq yığmasına 1:2 hesabı ilə məğlubiyyət azarkeşlərdə inamsızlıq yaradıb.
Belə ki, Fanat.Az-ın sosial şəbəkə üzərindən apardığı sorğuda iştirak edən futbolsevərlər millimizin bu axşamki oyunda məğlub olacağını yazıblar.
Onların fikirlərini ixtisarla təqdim edirik.
Qeyd edək ki, Kipr - Azərbaycan matçı Bakı vaxtı ilə 22:45-də start götürəcək.
Fanat.Az