"Mançester Yunayted" qapıçısı Serxio Romero ilə bağlı qərarını verib.
Fanat.Az xəbər verir ki, İngiltərə təmsilçisi 33 yaşlı qolkiperi transferə çıxarıb. Məşqçilər korpusunun yeni mövsüm üçün planlarına daxil olmayan Argentina millisinin üzvü ilə bağlı rəhbərlik təklifləri dəyərləndirməyə hazırdır. "Mançester Yunayted” Romeronun boşluğunu icarədən qayıdan Din Hendersonla doldurub.
Serxio Romero 2015-ci ildən "Mançester Yunayted”də çıxış edir.
Fanat.Az