UEFA Millətlər Liqasının II turunda Azərbaycan yığmasına uduzan Kiprin məşqçisi Mixalis Konstantinu hakimlərə kəskin etiraz edib.
Fanat.Az xəbər verir ki, Nikosiyada millimizə 0:1 hesabı ilə məğlub olan kiprlilər qarşılaşmanın ardından bunu Slovakiyadan olan hakimlər briqadasına çatdırıblar.
Onun iradının konkret hansı epizodla bağlı olduğu bəlli deyil.
Qeyd edək ki, Nikosiyada GSP stadionundakı matç Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb, görüşdə yeganə qolu 29-cu dəqiqədə Maksim Medvedev vurub.
Fanat.Az