Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Qalatasaray" hücumçusu Mbaye Dianye üçün təkliflər alıb.
Fanat.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Qətərin iki klubu senaqallı forvardı heyətinə qatmaq istəyirmiş. Onlar 29 yaşlı futbolçu üçün 5 milyon avro təklif edib. Lakin "Qalatasaray" rəhbərliyi hər iki təklifi rədd edib. Klub Dianyeni daha yüksək məbləğə satmaq niyyətindədi.
Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.
Fanat.Az