UEFA Millətlər Liqasının C Liqasında Kipri 1-0 hesabı ilə məğlub edən futbol üzrə Azərbaycan yığması artıq vətənə qayıdıb.
Fanat.Az Report.az-a istinadən xəbər verir ki, milli komandanı Heydər Əliyev Hava limanında futbol ictimaiyyəti qarşılayıb.
Qeyd edək ki, Nikosiyadakı GSP stadionunda keçirilmiş qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 29-cu dəqiqədə kapitan Maksim Medvedev vurub.