İlk görüşdə kamera qarşısında verdiyi açıqlamadan sonra "Yaxşı alındı?" deyə soruşmaqla diqqət mərkəzinə düşən və hətta buna görə tənqid olunan yığmamızın kapitanı Maksim Medvedev Kiprlə matçda ən yaxşılardan biri oldu.
Fanat.Az xəbər verir ki, Kiprlə səfər matçında məhz Maksimin vurduğu qolla komandamız 1:0 hesablı qələbəyə sevindi. Məşhur Karikaturaçı Omar Momani də Medvedevi diqqətdən kənarda qoymayıb. O kapitanla bağlı karikatura hazırlayıb. Momani Medvedevi təyyarəni irəli daşıyan kapitan kimi təsvir edib.