"Barselona" prezidenti Sandro Rossel vergidən yayınmaqda günahlandırılan Lionel Messinin arxasında olduğunu bildirərək onun tamamilə günahsız olduğunu vurğulayıb.
Xatırladaq ki, iddialara görə Messi və atası 4 milyon avroluq vergidən yayınıb.
Rossel "Messi və ailəsi ilə görüşdüm. Messinin tamamilə günahsız olduğuna inanırıq", deyib.
İdman24.az