Küveytin "Əl-Salmiyə” klubundan ayrılan U-21 yığmamızın sabiq futbolçusu Kamal Mirzəyev yenidən "Qəbələ"də çıxış edəcək.
Fanat.Az xəbər verir ki, bu haqda əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov məlumat verib.
O, 26 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 1 illik anlaşma əldə olduğunu bildirib.
Kamal yetirməsi olduğu "Qəbələ"dən "Əl-Salmiyə"yə ötən yay keçmişdi. O, həmin vaxt "Qəbələ"yə dönsə də, rəsmi matç keçirməyərək ilk dəfə legioner həyatı yaşayıb. Mirzəyev karyerasında "qırmızı-qaralar"la yanaşı (2011-14-cü illər), AZAL (2014-17), "Sumqayıt" (2017-18) və "Zirə"də (2018-19) çıxış edib. (sport24.az)
Fanat.Az