09:01 12.09.2020 1188

"Neftçi"nin büdcə gileyinə sözardı

"Neftçi"nin vitse-prezidenti Elnur Eyvazovun əsas komandanın büdcəsinin azaldılmasıyla bağlı məlumat verməsi ölkənin futbol gündəmində olan əsas məsələlərdəndi. 

Ötən il 13.1 milyon manat xərclədiklərini söyləyən klub rəsmisi bu il 35 faiz daha az maliyyə alacaqlarını vurğulayıb və əsas komandanın durumu haqda məlumat verib: "Əsas komandanın büdcəsi 40 faiz azalıb və 4 milyon manatdan az olacaq. Yeni sponsorlar dəvət etsək, Avropa Liqasında növbəti mərhələyə yüksəlsək, əlavə gəlir əldə edə bilərik. Yenə mərhələ keçsək, 4 milyon manata çatacaq. Bu, ümumi klub büdcəsinin 46 faizini təşkil edir. Bizim klub yalnız əsas komandanın üzərində qurulmayıb".

Orta statistika ilə götürsək, 4 milyon Azərbaycan komandası üçün az deyil. Ancaq büdcə amilinin mövsümün əvvəlindəcə qabardılması sıradan hal sayıla bilməz. Məsələnin görünən və görünməyən tərəfləri var. 

Böyük başların döyüşü

SOCAR-dan maliyyələşən "Neftçi"nin maliyyə xərclərinin açıqlanmasında xoşagələn məqam elə ortadakı pul haqda ictimaiyyətə məlumat verilməsidi. Ümid edək ki, şəffaflığın təmin edilməsinə çalışan yalnız "ağ-qaralar" olmayacaq. Futbolunun səviyyəsi ilə öyünməyə haqqı çatan digər Avropa ölkələrindəki kimi, başqa klublarımız da xərcləri və gəlirləri barədə informasiya verməyə can atmalı, necə deyərlər, başlarını başlara qoşmağı vacib hədəf saymalıdılar.

Digər tərəfdən, məlum rəhbərlik dəyişikliyindən sonra estafeti "Qarabağ"a təhvil verən bakılıların çempionluq həsrətinin 7 ilə çatması boyda həqiqəti də yaddan çıxarmamalıyıq. İstənilən halda, "yuxarılar"ın məhz büdcə mövzusu ilə hansı oyunu oynamağa çalışdığı nəzərə alınmalıdı. Əlbəttə, "yuxarılar" deyənə SOCAR-dakı söz sahibləri nəzərdə tutulur. O söz sahibləri ki, bir neçə qütbə parçalanıblar və hərəsi ayrılıqda Bakı klubuna nəzarəti öz kurasiyasına keçirmək istəyirlər. Əmin olun ki, hansısa qüvvənin səyi nəticəsində büdcə azaldılıb, "Neftçi"nin indiki rəhbərliyinə hamilik edənlər isə klub idarəçilərinə "açıqlayın, ictimaiyyətə əyan olsun" mesajı göndərib. Bu məqamın xırdalıqlarına varmaq ayrıca yazı mövzusudu. Bu üzdən indilik digər nüansları da çək-çevir etməyə borcluyuq.

İdman direktoruna nə düşüb?

Neftçi"nin idman direktoru Ceyhun Sultanov bu yöndə söhbət açan ilk klub rəsmisi olub. O, 3 gün öncə bakılıların rəsmi televiziyasında yayımlanan "Həmsöhbət" verilişində büdcə azaldıldığı üçün yaxşı transferlər etməyin çətin olduğunu bidirmiş, belə desək, özünə bəraət qazandırmağa çalışmışdı: "Hamı deyir ki, "Neftçi"də hər şey əladı, bunlar necə transferlərdi? Mənim büdcəm olsaydı, ən yaxşılarını seçib gətirərdim. Qabağıma qoyulub ki, büdcəmiz bu qədərdi. Keçmiş futbolçumuz Baqali Dabo üçün ayrılan büdcəyə 4 futbolçu gətirmişik. Özünüz düşünün, bu, qrup mərhələsində oynamaq üçün yetərlidirmi? Amma qıraqda olan futbol "mütəxəssislər"i, yalnız öz xeyirlərinə danışanlar deyirlər ki, klubda hər şey var, bu, nə cür idarəçilikdi, bu, necə işdi? Hansıssa mütəxəssis bu vəziyyətdə komandanı qrup mərhələsinə çıxaracaqsa, iki əlimlə razıyam, gəlsin, komandanı qrupa yüksəltsin".

Sultanov nə baş mühasibdi, nə sponsor, nə də prezident və ya vitse-prezident... İdman direktorunun işi səviyyəli futbolçular tapmaq, heyətin ildən-ilə gücləndirilməsinə vasitəçi olmaqdı. Dərhal hiss olunur ki, klubdaxili məşvərətdən sonra pulun azaldılmasına etiraz etməyin yolları axtarılıb və Sultanova "sən başla, biz də ardını gətirək" deyilib...

Əslində Ceyhun bəyin izahı da birmənalı qarşılana bilməz. Məgər büdcə azaldılmayanda, ona Baqali Dabo kimi ödənişli futbolçuları komandaya dəvət etmək şansı yaradılanda komanda Çempionlar Liqasının, Avropa Liqasının qrupuna düşmüşdü? Yoxsa, sözügedən turnirlərin hansındasa pley-off oynamışdı? Dabolu, Platellaslı "ağ-qaralar" ötən yay Avroliqanın 3-cü təsnifat mərhələsində "Bney Yehuda"ya boyun əyərək "əyləci basmamışdımı"? 

Azarkeşlər sponsora qarşı

Yuxarıda qeyd etdiyimiz kimi, büdcənin açıqlanması müsbət haldı. Ancaq "xalq komandası"ndan nəticə tələb edən azarkeşlərin təzyiqindən qurtulmaq naminə günahı sponsorların üzərinə atılmasında həm naşılıq, həm də araqatanlıq ştrixləri var. Belə çıxır ki, klubdakı idarəçilər bütün işlərin öhdəsindən məharətlə gəlir, ancaq Rövnəq Abdullayevin rəhbərlik etdiyi SOCAR maliyyəni azaltmaqla azarkeşlərin arzusunu gözündə qoyur. Yəni günahkar Rövnəq Abdullayev, eləcə də SOCAR-dakı digər rəhbər şəxslərdi və bu klubun uğurunu arzulayan tərəfdarlar onları sevinməyə qoymayan əsl səbəbkarları tanımalıdı? Görəsən bu nə dərəcədə uğurlu gedişdi? Komandanın ümumi hədəfləri baxımından hər hansı şəkildə işə yaraya bilərmi? Nə yazıq ki, əsla! Mövcud durumdan parçalanma və işbilməzlik qoxusu gəlir.

İlk cavabı "Sumqayıt" verdi

Dünən baş tutan oyunda "Neftçi"ni səfərdə 2 cavabsız qolla yenən "Sumqayıt"ı güclü komanda adlandırmaq gülünc olar. Eyni adlı şəhərin təmsilçisinin nə dərəcədə hazırlıqsız və zəif olduğunu AL-in ilk mərhələsindəcə qarşısını kəsən "Şkendiya" ortaya qoydu. Təbii, "kimyaçılar"ın büdcəsi "Neftçi"ninkindən 3- 4 dəfə azdı. Avroliqanın qrupuna düşməyi mümkünsüz missiya səviyyəsinə qaldıran klub rəsmilərinin büdcə gileyinin ardından Bakı komandasının evdə bu kollektivə boyun əyməsi acı reallıqdı. Elə qonaqların baş məşqçisi Ayxan Abbasovun oyunsonrası mətbuat konfransında "büdcənin nəticəyə dəxli yoxdu" söyləməsi də...

Yazını uzatmaq, məsələyə müxtəlif prizmalardan yanaşmaq olar. "Qalatasaray"la avrokubok matçı ərəfəsində daş atıb başını tutan idarəçilərin uyğun zaman seçməməsi isə faktdı. İndilik ən yaxşısına ümid edək və hadisələrin sonrakı inkişafını gözləyək.

Fanat.Az      

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X