Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Qalatasaray" Türkiyə Super Liqasının I turunda "Qaziantep"lə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi doğma meydanda keçirdiyi görüşdə 3:1 hesabı ilə qalib gəlib.
Görüşdən sonra klubun vitse-prezidenti Abdurrahim Albayrak mətbuata açıqlama verib.
O, oyun və "Neftçi"yə qarşı matç barədə bunları söyləyib: "Yaxşı oyun oldu. Daha böyük fərqlə qələbə qazana bilərdik. Etdiyimiz transferlərin nə qədər yerində olduğunu bütün Türkiyə gördü. Eyni əzm və istəklə yolumuza davam edəcəyik. Bakıdan yaxşı nəticə ilə Türkiyəyə qayıdacağımızı arzulayır və gözləyirəm".
Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq.
Fanat.Az