Bir müddətdi Sinem Kobaldan ayrıldığı deyilən Arda Turan gözlənilməz açıqlama verib. Fanat.az xəbər verir ki, "Atletiko"nun futbolçusu aktrisa sevgilisindən ayrılmadığını deyib.
TV8-də Saba Tümerin qonağı olan Arda Sinemi "başının tacı" adlandırıb: "Sinem mənim uşaqlıq sevgimdi. Onunla həyatda hər şeyi paylaşdıq. Aramızda kiçik problemlər ola bilər. Amma yayılan xəbərlər doğru deyil. Sinem başımın tacıdı".
Türkiyə yığmasının üzvü ailəsi ilə bağlı xəbərlərdən narahat olduğunu bildirib: "Mənim ailəmlə bağlı xəbərlər yayırlar. Ayıbdı. Mən etdiyim hərəkətdən çəkinəcək, utanacaq adam deyiləm. Sinemlə aramızda bir problem olsa, çıxıb açıqlama verərik".
Arda karyerası ilə bağlı da danışıb: "Əlimdən gəldiyi qədər Türkiyəyə dönməməyə çalışıram. Karyeramı bitirdikdən sonra gənclərə örnək olmaq istəyirəm. İkinci səbəbim ailəmin və mənim xoşbəxtliyimdi. Türkiyəyə qayıtsam, yalnız "Qalatasaray"a dönəcəm. "Fənərbaxça"nın prezidentinə və azarkeşlərinə hörmətim var. Amma mən "Qalatasaray"lıyam".
Futbolçu "Qalatasaray"ın matçlarını həsrətlə gözlədiyini bildirib: "Türk Telekom Arena"ya gedəndə çox duyğulanıram. Getmək istəmirəm, amma özümü saxlaya bilmirəm. "Qalatasaray"ın Çempionlar Liqası matçı olanda saatları sayıram".
Arda Kriştiano Ronaldo ilə bağlı da maraqlı açıqlama verib: "Bir matçda dedim ki, Ronaldonu yıxım, özünə gəlsin. Əlimi bədəninə vurdum, divar kimi idi. Zarafat bir yana, həqiqətən o, xüsusi bir oyunçudu".
Fanat.az