Qış hazırlığını Antalyada keçirəcək "Neftçi"nin heyətinə yeni futbolçular cəlb olunacaq. Fanat.az xəbər verir ki, əsas komandaya əvəzedici komandadan 5 futbolçu dəvət edilib.
Belə ki, Nazim Süleymanov Fəhmin Muradbəyli, Cavid Muxtarzadə, Ziyadxan Məmmədov, Məqsəd İsayev və Aleksandr Qrossun Antalya toplanışına aparılmasını istəyir.
Qeyd edək ki, "Neftçi" başqa klublarda icarədə olan futbolçularını - Slavik Alxasov, Ruslan Qurbanov, Elşən Abdullayev, Kərim Diniyev (hamısı "Sumqayıt"), İlham Allahverdiyev (Qaradağ), Emil Balayev (Araz) - geri çağırıb və onları da toplanışa aparacaq.
Fanat.az