11:30 15.09.2020 790

"Səbail"in baş məşqçisi: "Sona qədər hüququmuzu qoruyacağıq"

"Səbail"in baş məşqçisi Aftandil Hacıyevin "Report"a müsahibəsi 

- Azərbaycan Premyer Liqasının I turunda "Neftçi"yə, ardınca isə "Zirə"yə 1:2 hesabı ilə uduzdunuz. Uğursuzluqların əsas səbəbi nədədir?
- Komplektləşmə getməmiş komandanı tərk edən futbolçular oldu. Bu proseslər gedə-gedə istənilən nəticəni düşünmək belə sadəlövlükdür. Məğlub olsaq da, hər iki matçda futbolçuların meydandakı davranışlarından razıyam. Təbii ki, səhvlər var. Hər iki görüşdə xal qazana bilərdik, amma meydanı məğlubiyyətlə tərk etdik. İlk növbədə, günahı özümüzdə axtarırıq. İnkişaf etmək istəyirik. Heyətimiz dəyişib, gənc oyunçular var. Bahadır Həziyev kimi oyunçu artıq daha daha çox şans qazanır. İndi bizdə yerli futbolçular daha çoxdur, gənclərə də üstünlük verəcəyik. Hendrik Ekşteynin komandadan ayrılması da oyunumuza təsirsiz ötüşmədi. Xallar qazanmaq üçün qarşımızda hansısa maneə görmürəm. Heyətimizi bir qədər gücləndirdikdən sonra yaxşı mübarizə apara bilərik.

- Komanda bu heyətlə nəyi hədəfləyə bilər?
- Mütəxəssislər Avropa Liqasına vəsiqə şansımızın az olduğunu düşünür. Amma biz futbolçularla söhbət etmişik və çalışırıq ki, mübarizədən kənarda qalmayaq. Alınmasa da, əsas məqsəd futbolçuların inkişaf etməsi və klub olaraq düşdüyümüz vəziyyətdən çıxış yolu tapmaqdır.

- Yeri gəlmişkən, Ekşteynlə bağlı məsələ nə yerdədir?
- Hazırda onun komandaya qayıtması ilə bağlı söhbət yoxdur. Hüquqi müstəvidə danışıqlar gedir. Ekşteynin vəkili ilə klub danışır və müzakirələr davam edir. Prosesin necə bitəcəyi barədə nə isə demək çətindir. Ancaq bütün hallarda bizimlə müqaviləsi var və sona qədər hüququmuzu qoruyacağıq.

- "Səbail"də çıxış etmək istəmədiyini və qayıtmayacağını sizə bildirib?
- Bizi istəməyən futbolçunu güclə komandada saxlamırıq və saxlamamışıq. Gedənlərin qarşısını almamışıq. Kiminsə müqaviləsi bitib, digərinin müqaviləsi olub, hamısını danışıqlar apararaq, yola salmışıq. Amma Ekşteyn bunların heç biri ilə razılaşmaq istəmir. Onunla danışmaq olduqca çətindir.

- Klubun cənubi afrikalı hücumçuya borcu var?
- Klubun futbolçulara olan ötənilki borcları ödənilib. Ekşteynin borcları komandada olduğu dövrdə olmasa da, ötən həftə bağlanılıb. Bu gün onun məsələsi açıq qalıb, yalnız ötən ayın maaşını almayıb. Hendrikə ciddi məbləğdə borcumuz yoxdur. Bir ayın pulunu almayıb, o da qısa müddətdə həllini tapacaq. Sadəcə, Ekşteyn qalmaq istəməməsi ilə bağlı qərarını komandaya gələndə verməli idi. Getmək istəyirsə, bunu qaydalarla yoluna qoymaq lazımdır.

- Ekşteyn "Səbail"dən FIFA və ya UEFA-ya şikayət edə bilərmi?
- O, FIFA-ya və ya UEFA-ya da şikayət edə bilər. Bu, normal haldır. Məvacibinin gecikməsi ilə bağlı şikayəti ola bilər. Ancaq bizim də ona cavablarımız var. Bütün hallarda bu davanı başlatsa, kimin xeyrinə bitəcəyinə müqafiq qurumlar qərar verəcək.

- "Səbail"də hansı mövqelərin güclənməyinə ehtiyac var?
- Hər mövqedə güclənməyə ehtiyac duyuram. Yeganə qapıçı mövqeyidir ki, ora ehtiyacımız yoxdur. İstədiyimiz futbolçuları heyətimizə qatmağa imkanımız çatmır. Ən azı çalışacağıq ki, rəqabət olsun. Bunu hansı futbolçularla edə biləcəyimizi deyə bilmərəm. Yerli və ya əcnəbi futbolçu transfer etməyimiz mümkündür. Əsas məqsəd odur ki, əcnəbi oyunçuların sayını azaldıq və gələcəkdə yerli futbolçulara üstünlük verək. Hələ heç kiminlə danışıq aparmırıq. Planda var ki, müdafiəçi və hücumçu transferi edək.

- Komandaya yeni qoşulan Kamran Ağayev və Əfran İsmayılov "Səbail"ə nə verə bilər?
- Hər iki oyunçuya vaxt lazımdır. Uzun müddət məşqsiz və oyunsuz qalıblar. Əsasən də Kamran 1.5 ildir ki, futboldan uzaq idi. Biz ona kömək etmək istədik ki, özünə gəlsin və komandanın içində olsun. Qışa kimi özünə gəlməyə vaxt vermişik. Qışdan sonra qapıçı mövqeyində rəqabət artacaq və Ağayevə şans verə bilərik. Əfran isə komanda ilə ilk matçına çıxdı, daha tez formaya düşə bilər. Artıq çəkisi çox deyil.

- "Səbail"dən yığmaya dəvət alan Adil Nağıyev UEFA Millətlər Liqasının I turunda Lüksemburqla görüşdə səhv etdiyi üçün tənqid olunur. Bu barədə nə deyə bilərsiniz?
- Nağıyev bacarıqlı mərkəz müdafiəçilərimizdəndir. Sadəcə, debüt matçında səhv edəndə həmişə yaddaşda qalır. Adilin etdiyi səhvi milli komandada təcrübəli müdafiəçilər də edib. Amma o səhvlər yadda qalmayıb. Rəsmi oyunu olduğu üçün hamı Nağıyevin necə çıxış edəcəyini gözləyib. İstədiyimiz kimi olmadı. Özü ilə söhbət etdim. Oyuna girəcəyini gözləmirmiş, meydana hazır vəziyyətdə girməyib. Həyacanlı olduğu üçün istədiyi kimi debüt edə bilməyib. 2016-cı ildə yığmada yoldaşlıq matçında meydana çıxıb. Heç kimi bir səhvə görə silmək lazım deyil. Yığmada yeni baş məşqçi var, Cani De Byazi heyəti formalaşdırmaq niyyətindədir. Hər bir futbolçu kimi Adilin də yenidən özünü doğruldacağına inanıram. Buna vaxtı olacaq, lakin hələlik klubunda səhvsiz oynamalıdır. Daha çox etibarlı çıxış etməlidir ki, yenidən millidə olsun.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

28 May 2025
00:12

AFFA U-16 Liqasında mövsüm başa çatdı

27 May 2025
23:41

Yamal "Barselona" ilə yeni müqavilə bağladı - RƏSMİ

23:20

Arda Turanın yeni iş yeri bilindi - RƏSMİ

23:04

"Bir-iki saat qələbənin dadını çıxardıqdan sonra..." - Elşad Quliyev

22:58

DÇ: 1/4 finalın 4 iştirakçısı müəyyənləşdi

22:47

Yamal indikindən 3 dəfə çox qazanacaq - Məbləğ açıqlandı

22:21

Avropada "mövsümün komandası" açıqlandı: Yamal, Mbappe, Virts...

21:42

DÇ: Azərbaycan millisi dünya çempionunu yenib 1/4 finala yüksəldi

21:20

Premyer Liqada 2025/2026 mövsümünün start tarixi açıqlandı

21:09

Mövsümün ən yaxşıları mükafatlandırıldı - FOTOLAR

20:52

İngiltərədə bunu "Çelsi"dən başqa heç kim bacarmayıb - Rekord

20:14

Nelson Semedu İngiltərə nəhənginə qoşulmaq üzrədir

19:50

Azərbaycanın stolüstü tennisçiləri Daşkənddə beynəlxalq yarışda iştirak edəcəklər

19:16

Minifutbol: İngiltərə ilk 1/4 finalçı oldu

18:49

İki aydır uduzmayan Bundesliqa klubu baş məşqçisi ilə vidalaşdı - RƏSMİ

18:14

"Əməlli-başlı ruh düşkünlüyünə qapılmışdım" - Antoni

17:50

Azərbaycan millisinin üzvü Niderlandın elita klubunda - RƏSMİ

17:34

"Qarabağ"ın qapıçısı milliyə dəvət aldı

17:16

Kilian Mbappe oyun nömrəsini dəyişir

16:58

Qakpo "Liverpul"u bu kluba dəyişə bilər - SON DURUM

16:40

Kapello "Milan"ı kimin çalışdırmalı olduğunu dedi: "Mən onu seçərdim"

16:21

Legioner limitinin ləğvi qərarında boşluq var - "İşbazlar" pusquda

16:03

Raul "Real Madrid"dən getdi - RƏSMİ

15:44

"Şərtlər qane etdiyinə görə, yeni müqavilə imzaladıq" - Elmar Baxşıyev

15:26

Rafael Ağayev millinin məşqini izlədi - FOTOLAR

15:08

Klub prezidenti De Bröyneni heyətə qatacaqlarını təsdiqlədi

14:50

Azərbaycanı DÇ-də təmsil edəcək cüdoçuların adları bilindi

14:34

"Araz-Naxçıvan"ın hazırlıq planları dəqiqləşdi

14:16

Elmar Baxşıyev yeni müqavilə imzaladı - RƏSMİ

13:58

Zanyolo iki futbolçunu vurdu - "Roma" bəyanat yaydı

13:39

"Şamaxı" kapitanını yola saldı - RƏSMİ

13:21

"Mançester Siti"dən Reynders üçün İtaliya nəhənginə rəsmi təklif - MƏBLƏĞ

13:02

"Milan"ın yeni idman direktoru bilindi - RƏSMİ

12:43

Nkunku "Çelsi"ni tərk edəcək, Londonu yox

12:24

Birinci Liqaya vəsiqə uğrunda pley-off oyununun təyinatları bilindi

12:05

Əfsanəvi Zidan Lamin Yamala heyran qalıb - "Həyatımda beləsini görməmişdim"

11:46

Azərbaycanın millisi Litva yığması ilə üz-üzə

11:28

Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaq

11:09

"Barselona"da yeni oyunçu - Razılıq əldə olundu

10:50

"Liverpul"un çempionluq paradında faciə - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X