ABŞ-ın "Finiks Rayzinq" klununda çıxış edən Rüfət Dadaşov Milli Futbol Liqasında (USL) həftənin komandasında düşüb.
Fanat.Az xəbər verir ki, millimizin futbolçusu buna XII turda "Las-Veqas Layts"ı məğlub etdikləri matçdakı oyununa görə nail olub. 29 yaşlı hücumçu 5:1 hesabı ilə qələbə qazandıqları matçda 2 qol vurub və məhsuldar ötürmə ilə yadda qalıb.
Hazırda "Finiks Rayzinq" 12 oyundan sonra 26 xalla B qrupunda liderdi.
Fanat.Az