13:51 16.09.2020 992

Həmkarlar ittifaqı ölkə başçısı ilə görüşmək istəyir

Nazim Süleymanovun rəhbərlik etdiyi AFFA Həmkarlar İttifaqı uzun fasilədən sonra yenidən bir araya gəlib. 

Fanat.Az xəbər verir ki, məlum pandemiya səbəbindən mart ayından bu yana əyani görüşmək imkanı olmayan ittifaq üzvlərinin toplantısı kifayət qədər maraqlı və məsuldar keçib. 

Toplantıda ittifaqın sədri Nazim Süleymanov, idarə heyətinin üzvləri As əf Namazov, S əm ədağa Şıxlaov, Oruc əli Durmuşov, Novruz Əzimov, Samir Ələkbərov, Naib Abdulla, Əfqan Həmzəyev, Ramil Allahverdiyev və Anar Xanlarov iştirak edib. İttifaq üzvləri gələcək fəaliyyətlərini, planlaşdırılan layihələri və digər vacib məsələləri müzakirə ediblər. Yeni üzvlərin qəbulu, bölgələrə səfərlərin bərpası məsələsi də müzakirə mövzularından olub. İttifaqın sədri Nazim Süleymanov qeydiyyatla bağlı məsələnin hələlik açıq qaldığını bildirib. Belə ki, Həmkalar Konfederasiyası hələ də əsassız olaraq ittifaqın qeydiyyatını yubadır. Bununla belə, ittifaq öz haqlı mübarizəsini sona qədər davam etdirəcək. 

Bundan başqa, toplantı zamanı son günlər Azərbaycan futbolunda baş verən bəzi məsələlərə münasibət də ortaya qoyuldu. Xüsusilə futbol veteranı, AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevin Rusiyanın "Matç” TV telekanalının azərbaycanlı əməkdaşı Elvin Kərimovun ünvanına dediyi fikirlər pislənilib. Bildiyiniz kimi, Kərimov Lüksemburqla oyundakı biabırçılığa görə,  AFFA rəhbərliyini tənqid edib və onların istefa verməli olduğunu bildirib. Tuayev isə açıqlama verərək deyib ki, Azərbaycanın futbol ictimaiyyəti, xüsusilə futbol veteranları sözügedən telekanalın rəhbərliyinə etiraz müraciəti ünvanlamalı və Elvinin bir daha Azərbaycan komandalarının şərhinə buraxılmamasını tələb etməlidir. Həmkarlar İttifaqının üzvlərinin qəzəbinə səbəb olan da Tuayevin bütün veteranların adından danışması olub. Qeyd olunub ki, səslənən fikirlər Tuayevin şəxsi fikirləridi və bütün futbol veteranlarının mövqeyini əks etdirmir.

Daha sonra bu yaxınlarda dünyasını dəyişən veteran futbolçu Arzu Mirzəyev də anılıb. Eyni zamanda, Mirzəyevin ölümü AFFA-nın təqaüd sisteminin də yalnışlığını bir daha sübut edib. Qeyd olunub ki, federasiya təqaüd verilməsi məsələsində də ikili standardlar ortaya qoyur. Bundan başaq, təqaüd yaşı da yüksək götürülüb – 63 yaş. Halbuki dünyasını dəyişən əksər futbol veteranları heç 60 yaşa gəlib çıxa bilmir. Çox vaxt da məhz laqeyd münasibətdən dünyalarını dəyişirlər. Məsələn, bir vaxtlar "Neftçi”nin  aparıcı futbolçularından olmuş 58 yaşlı Mirzəyev nə təqaüd alırdı, nə də işlə təmin olunmuşdu.
 
Toplantı zamanı sədr Nazim Süleymanov ittifaq üzvlərinin ölkə başçısı İlham Əliyevlə görüşmək, futbolumuzun mövcud durumunu şəxsən ölkə rəhbərinə məruzə etmək təşəbbüsünü irəli sürdü və idarə heyətinin üzvləri təşəbbüsü yekdinliklə dəstəklədi. Artıq yaxın günlərdə bununla bağlı da əməli fəaliyyətə başlamaq qərara alındı. Sonda ittifaq üzvləri bu yaxınlarda ad günlərini qeyd edən idarə heyətinin üzvləri Orucəli Durmuşov, Səmədağa Şıxlarov və Boris Xetaqurovu təbrik edərək toplantını çay və şirniyyat süfrəsi ilə başa vurub.
 

 
 
 
Fanat.Az  Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X