Rusiya milli komandasının sabiq futbolçusu Dmitri Loskov “Qəbələ”dən təklif almayıb. Apasport.az saytının məlumatına görə, rusiyalı həmkarlarımız “Lokomotiv”in 39 yaşlı kapitanının uzun illər baş məşqçisi olmuş Yuri Syominin yanına, Qəbələyə gələcəyi haqda yazırdı.
Ancaq 39 yaşlı yarımmüdafiəçi hazırda heç bir variantının olmadığını bildirib: “Mən hələ işsizəm. “Lokomotiv”lə mayın 31-də müqaviləm bitib. Karyeramı orda davam etdirməklə bağlı təklif almamışam. Ümumiyyətlə, başqa klublardan təklifim yoxdur. Hələ ki sakitçilikdir”.
İdman24.az