"Fənərbağça” braziliyalı yarımmüdafiəçisi Jaylsonu Çinin "Dalyan” klubuna satıb.
Fanat.Az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
Tərəflər demək olar ki, bu transferlə bağlı bütün məsələlərdə razılığa gəliblər. 25 yaşlı futbolçunun qısa zamanda Çin klubu ilə rəsmi müqaviləyə imza atacaq.
Rəsmi məlumata görə, İstanbul təmsilçisi bu transferdən 4,5 milyon avro qazanacaq.
Jaylson 2018-ci ildə "Qremio”dan 4 milyon avro qarşılığında "Fənər”ə keçmişdi. Orta xətt oyunçusu "bülbüllər"in formasıyla çıxdığı 63 oyunda 3 qol vurub.
Fanat.Az