Türkiyədə 6 futbol hakimi koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.
Qeyd olunur ki, sentyabrın 17-də keçirilmiş rutin koronavirus testləri zamanı 4 baş hakim və 2 yan hakimin nəticəsi müsbət çıxıb. Onların hər hansı bir simptomu olmasa da, 14 gün müddətinə karantinə alınıb.
Qeyd edək ki, bu günədək Türkiyədə 299 mindən çox şəxs koronavirusa yoluxub, 7 377 nəfər ölüb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol