Çexiya 2-ci divizionunda çıxış edən "Viktoriya” (Jijkov) klubu IV turun oyununu keçirib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi komanda doğma meydanda "Hradeç Kralove” ilə qarşılaşıb.
Fəridin də iştirakçısı olduğu oyunda Jidkov təmsilçisi 0:2 hesabı ilə məğlub olub. O, görüşün 64-cü dəqiqəsində meydana buraxılıb.
Qeyd edək ki, 4 turdan sonra 12 xala malik "Viktoriya” 2-ci pillədə qərarlaşıb.
Fanat.Az