Rumıniyanın dördüncü divizionunda maraqlı hadisə baş verib. Fanat.az xəbər verir ki, “Çisoda” – “Unirya” matçının gedişində hüquq mühafizə orqanlarının əməkdaşları stadiona girərək bütün futbolçular və məşqçilər heyətinin yerə uzanmasını tələb edib.
Buna səbəb isə adı açıqlanmayan bir futbolçunun həbs edilməsi olub.