22:57 20.09.2020 1006

Qurban Qurbanov: “Fikirləşirlər ki, prinsipə hücumçu almıram”

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransı keçirib. 48 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib...

- Məğlub olduq, ilk hissəni yaxşı keçirdik, sadəcə ikinci hissə vəziyyət bir az fərqli oldu. Situasiya bəllidir, sadəcə bundan sonrakı diqqətimiz futbolçuları daha yaxşı vəziyyətə gətirməkdir. Bizdən və rəhbərlikdən çox şey asılıdır. Futbolçularımızın yanında olmalıyıq. Bu gün də komandamıza inanırıq. Qarşıdakı oyunlarda daha yaxşı olacağıq. Buna həm məcburuq, həm də potensialımız var. Rəqibi təbrik edirəm, vacib qələbə qazandılar. Çempionat təzə başlayıb, görünür ki, gərgin mübarizə olacaq. İndi futbolçuların yanında olub, bu uğursuzluğu aradan qaldırmalıyıq.

- Sıx qrafikin olmasından şikayət edirdiz. Milli komandanın oyunundan sonra 3 oyundur ki, qələbə qazana bilmirsiz.
- Bunu bilmək üçün bilik lazım deyil. Sadəcə sıx qrafikdəyik və məncə, bu, hələ başlanğıcdır. Avropa Liqasının qrupuna düşsək, ondan sonra çox ağır rejim olacaq. Xüsusilə də, millidə oynayan futbolçular üçün də ağır olacaq. Abdullah Zubirin, Xayme Romeronun zədəsi var. Hücum xəttində itkilərimiz var belə qrafik olanda da iki qat zərbə vurur. Bu oyuna hazırlaşmaq həqiqətən çətin idi. İlk hissədə oyun bizim nəzarətimizdə idi, amma get-gedə yorğunluq hiss olunmağa başladı. Bunları deməklə, "Neftçi"nin haqqına girmək istəmirəm. Bizim komandamızda yorğunluq olması öz problemimizdir.

- Hücum xəttindəki problemi necə aradan qaldırmağı düşünürsünüz?
- Bu gün tək hücumçuya yox, bir neçə futbolçuya ehtiyacımız var. Heyətdə dəyişiklik üçün. Bəzən düşünürlər ki, Qurban Qurbanov prinsipə düşüb deyə, hücumçu almır. Qətiyyən belə deyil. Bu gün Zubir və Romero olsaydı, belə problem çox görünməyəcəkdi. Mahirin də hazırkı durumu - psixoloji gərgin olması ikinci hücumçuya ehtiyac yaradırdı. Zubir və Romero olsaydı, bunu həll etmək olardı. Axtarışlarımız davam edir, ancaq yenilik yoxdur.

- Rəqibin ikinci qolunda oyundankənar vəziyyət var idimi?
- Oyunun gedişatında gördüyümüz o idi ki, oyundankənar vəziyyət var idi. Yan xətt hakimi öz işinin öhdəsindən hər zaman layiqincə gəlir. Oyundankənar vəziyyət olduğu deyilirdi. Olsa belə, yan xətt hakiminə heç nə deməyəcəyəm. Ola bilər ki, səhv olsun. Bəlkə, saniyə məsələsi idi ki, gecikdi. Amma indi bu, nəticəni dəyişmir və biz məğlub olmuşuq.(report.az)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X