15:13 22.09.2020 1072

"Milli üçün can qoymuşam, çağırılmamaqda səbəb görmürəm"

"Zədəm bir qədər ciddi idi. Dərində yerləşdiyi üçün sağalmağım uzun zaman aldı. Əsas odur ki, bundan sonra hər şey yaxşı olsun". 

Bu fikirləri "Report"a açıqlamasında "Zirə"nin futbolçusu Ağabala Ramazanov deyib. Azərbaycan Premyer Liqasının son iki turunu buraxmış 27 yaşlı hücumçu artıq fərdi məşqlərə başladığını və yaxın vaxtlarda kollektiv çalışmalara start verəcəyini vurğulayıb.

Komandasının çıxışı barədə danışan Ramazanov oyunlarının gündən-günə düzəldiyini söyləyib: "Yeni kollektivimiz bir-birinə öyrəşməkdədir, zamanla daha yaxşı olacaq. Bizə bir az vaxt lazımdır, çünki yeni yığılmış komandayıq. Heyətdə hər birimizi əvəzləyəcək oyunçu var, yoxluğum hiss olunmur".

Forvard zədə səbəbindən əsas heyətdəki yerini itirmə ehtimalına da toxunub: "İlk olaraq, özümə gəlməliyəm. Bunun üçün zaman lazımdır. Sonra isə məşqlərdə özümü yaxşı tərəfdən göstərməli və baş məşqçinin etimadını qazanmalıyam".

Ramazanov UEFA Millətlər Liqasında ilk iki turun Lüksemburq (1:2) və Kiprlə (1:0) görüşləri üçün Azərbaycan yığmasının heyətinə cəlb edilməyib. Futbolçu toplanışa çağırılmamasında hansısa səbəb görmədiyini vurğulayıb. O, millinin hər iki qarşılaşmadakı çıxışlarını da dəyərləndirib: "Futbolçular ilk görüşdə həyəcanlı idilər. Bu səbəbdən, oyunları alınmadı. Kiprdə isə yaxşı oyunla qələbə qazandılar. Növbəti turda Monteneqro səfərində də yaxşı nəticəyə ümid etmək lazımdır. Milliyə dəvət alıb-almayacağımı zaman göstərəcək. Bu günədək hər oyunda canımı qoymuşam. Nə vaxt çağırılsam, yenə elə edəcəyəm". 

Qeyd edək ki, Azərbaycan yığmasının Lüksemburq və Kiprlə oyunlar üçün heyəti avqustun 26-da açıqlanıb. Ağabala Ramazanov isə sentyabrın 12-də "Zirə"nin səfərdə "Səbail"i 2:1 hesabı ilə yendiyi Premyer Liqanın II tur matçından əvvəl məşqdə əzələsindən xəsarət alıb. 
 
Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

Facebookdan bizi izləməyi unutmayın.
X