Moldova çempionatında 11-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi "Dinamo-Avto” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda "Petrokub”la qarşılaşıb. Nağıyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Millimizin sabiq müdafiəçisi start "11-lik"də meydana çıxıb və sonadək mübarizə aparıb. Cari mövsümdə bir qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.
11 turdan sonra 17 xalı olan "Dinamo-Avto” 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
Fanat.Az