"Boluspor”un baş məşqçisi Ahmmet Taşyürek Türkiyənin 1-ci Liqasında "Altınordu”ya qarşı keçirəcəkləri oyun ərəfəsində açıqlama verib.
Fanat.Az xəbər verir ki, 48 yaşlı çalışdırıcı ötən tur "Adana Dəmirspor”la qarşılaşmada debüt edən millimizin üzvü Araz Abdullayevin də oyunu haqda da danışıb:
"Açığı, keçirdiyimiz oyunlardan razı deyiləm. Ötən matçla müqayisədə bu dəfə 5 dəyişiklik etmişdik. "Boluspor” yeni bir komandadır. Bəzi oyunçular uzun fasilədən sonra meydana çıxdılar. Araz Abdullayev həftəiçi kollektivə qoşulub və dərhal oyuna buraxıldı. Həm o, həm də digərləri hələ tam hazır deyil. Fiziki və uyğunlaşma baxımından çatışmazlıqlarımız xüsusən görüşün 2-ci hissəsində ortaya çıxdı".
Qeyd edək ki, Araz "Boluspor”a bu ay keçib. Tərəflər arasında 1+1 illik müqavilə imzalanıb.
Fanat.Az