"Çelsi" yeni transferini açıqlayıb.
Fanat.Az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "zadəganlar" Fransa "Renn"inin qapıçısı Eduard Mendini heyətinə qatıb. 28 yaşlı seneqallı qolkiperlə 5 illik müqavilə imzalanıb.
"Çelsi"nin bu transfer üçün "Renn"ə 25 milyon avro ödədiyi bildirilir.
Qeyd edək ki, Seneqal millisinin də formasını geyinən Eduard Mendi 2019-cu ildən "Renn"də çıxış edib.
Fanat.Az