"Rəvan" daha bir futbolçusu ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, Şahin Diniyev Vüsal Qarayevin xidmətindən imtina edib.
Qeyd edək ki, 2001/2012 mövsümünün ikinci yarısından "Rəvan"da çıxış edən Vüsal 19 oyunda 3 qol vurub. O, cari mövsümdə cəmi 3 oyuna çıxaraq 22 dəqiqə meydanda olub. Qarayev əvvəllər "Turan", "Qəbələ", "Muğan" və AZAL-ın formasını geyinib.
Onu da qeyd edək ki, "Rəvan" bundan əvvəl Sebastian Kastro-Tello, Sahib Sovankulov və Frederik Holsterlə yollarını ayırıb.
Fanat.az