"Fənərbağça" klubu yeni transferini həyata keçirib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İstanbul təmsilçisi İngiltərə "Aston Villa"sından Mbvana Samattanı heyətinə qatıb. 27 yaşlı tanzayalı hücumçu ilə 4 illik müqavilə imzalanıb.
Samatta 2021-ci ilin yayınadək icarə əsasında "Fənərbağça"da oynayacaq, daha sonra kluba transferi rəsmiləşəcək. Bu keçid qarşılığında "Aston Villa"ya 6 milyon avro ödəniləcək.
Qeyd edək ki, Mbvana Samatta "Aston Villa"ya bu ilin əvvəlində keçmişdi.
Fanat.Az