21:50 25.09.2020 813

Ayxan Abbasov: "İsmayıla ikinci sarı vərəqə verilməli idi"

"Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində "Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
 
Fanat.Az xəbər verir ki, Sumqayıt təmsilçisinin çalışdırıcısı 2:2 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- Bu gün futbolçularım meydanda istədiyim əzmkarlığı göstərdi. Məncə, taktiki baxımdan da düz oynadıq, istədiyimiz qolları vurduq. Son dəqiqədə qol buraxdığımız üçün məyus olduq. Əsas məqsədimiz futbolçularımızın oyundan-oyuna daha yaxşı performans göstərməsidir. Bu gün Aydın Bayramovun qapıda belə inamlı durması bizi sevindirir. O, gələcəkdə milliyə əsas namizədlərdəndir. Qarşıda bizi "Qəbələ" ilə çətin səfər oyunu gözləyir.
 
- Vahid lidersiz, bu gecə rahat yatacaqsız?
- Ötən il də bir həftə lider qalmışdıq. Hər il nəyisə artırırıq.
 
- Sizin Cavid İmamverdiyevdən daha çox qaçdığınızı düşünürəm. Meydana daxil olduqdan sonra sanki heç qaçmırdı...
- Cavid İmamverdiyein oyuna qoşulması çətin idi. Cavidi qazanmaq istəyirik, lazım olan anda topu saxlaya bilər. O, tam hazır olanda bundan da yaxşı olacaq. Ehtiyatda gənc futbolçular var idi, tempin yüksək olmasına görə onları riskə atmaq istəmədim. Cavidin əsas tapşırığı irəlidə top saxlamaq idi.
 
- İsmayıl İbrahimlinin epizodunda hakim ikinci sarı vərəqə versəydi, sizin üçün daha rahat olmazdı? Qurban Qurbanov hakimin sarı vərəqə göstərməməklə düzgün qərar verdiyini dedi...
- Məncə, qırmızı vərəqə idi. Mənim bildiyim qayda-qanunlara görə, ikinci sarı vərəqə verilməli idi, çünki əks-hücumun qarşısını kəsdi. Məncə, Hakimlər Komitəsinin sədri Stuxlik bu epizodu müzakirə etməlidir. Düşünürəm ki, baş hakim İsmayıla güzəştə getdi.
 
- Komanda indi yaxşı vəziyyətdədir. Bu komanda daha əvvəl bu hala gəlsəydi, "Şkendiya" ilə oyun fərqli ola bilərdi?
- Mən əvvəl də demişdim ki, bizə zaman lazımdır. "Şkendiya" da pis komanda deyil, amma bu gün onlarla maraqlı oyun oynaya bilərdik.
 
- Cavid və Elvin Bədəlovun oyunu haqda nə deyə bilərsiz?
- Elvin bu gün müdafiəçilərimizin arasında ən yaxşı formada olanıdır. Bəlkə də, son epizodda fikirləşdi ki, rəqibə çatar. Düzdür, rəqibi yıxıb, risk etmək olardı. Cavidin potensialı var, ona bir oyunla qiymət verməyək. Bizim hücum xəttimizdə bir Əli Qurbani var, ona görə rəqabətsizlikdir. Cavidin bu rəqabətə qoşulub, bizə fayda verəcəyini düşünürəm.
 
- Seçim qarşısında qalsaz, Mehdi Cənnətovu, yoxsa Aydını oynadacaqsız?
- Biz Aydına Mehdi qədər inanırıq. Bu gün Aydın əsas heyətdə olmağa layiqdir.
 
- Elvini ən yaxşı adlandırmaqla, Cəmaləddinə haqsızlıq etmirsiz?
- Xeyr, sadəcə, sual Elvinlə bağlı oldu deyə onu dedim. Mən heç bir futbolçuma haqsızlıq etmərəm.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2025
11:19

Gənclər Liqası: Lider də böyük hesabla qalib gəldi, ən yaxın izləyicisi də

11:00

ÇL-in liqa mərhələsinə birbaşa vəsiqə əldə edən "Qalatasaray"ın qazancı bəlli oldu - MƏBLƏĞ

10:41

Leroy Sane İngiltərəyə qayıdır - Premyer Liqadan 4-cü təklif

10:23

Andrade "Qarabağ" - "Kəpəz" duelinin tarixinə düşdü

10:06

“Heydər Əliyev kuboku-2025”: Səkkiz boksçumuz yarımfinala, ikisi finala adladı

09:48

“Araz-Naxçıvan” bürünc medalları təmin etdi, “Neftçi” gec oyandı – Tura baxış

09:25

"Bu şəkildə vidalaşa bildiyim üçün şadam" - Mahir Emreli

09:00

"Mançester Siti" braziliyalı futbolçu ilə anlaşdı - SON DURUM

01:16

İtaliya A Seriyası: "Napoli" də büdrədi, "İnter" də

00:40

İPL: "Arsenal" tək qolla qazandı

00:18

İspaniya La Liqası: "Barselona" öz meydanında uduzdu, "Real" səfərdə qalib gəldi

18 May 2025
23:57

Türkiyə Super Liqası: "Qalatasaray" 25-ci çempionluğunu darmadağınla qazandı

23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

Facebookdan bizi izləməyi unutmayın.
X