Almaniya 2-ci Bundesliqasında 2-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge” klubu da növbəti matçına çıxıb.
Aue təmsilçisi doğma meydanda "Qroyter”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Nazarov start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib.
2 turdan sonra 4 xalı olan "Ersgebirge” 18 kollektiv arasında 1-ci yerdədi.
Fanat.Az