09:37 26.09.2020 2051

“Qarabağ” axtardığı hücumçunu İtaliyada tapdı

Mahir Emrelinin "Qarabağ”a lazımi faydanı verə bilməməsi komandanın yeni forvardla güclənməsini labüd edir. İyuldan bəri çox sayda əcnəbiylə müqavilə detalları müzakirə olunsa da, ağdamlılar hələ də Mahirin ümidinə qalıb. Biri gəlmək istəmir, digəri pulda razılaşmır, bir başqası son anda daha yaxşı təklif alır.

Fanat.Az xəbər verir ki, "Qarabağ"axtardığını İtaliyada tapıb. Belə ki, çempionun bu ölkənin B seriyasında çıxış edən "Kyevo"nun forvardı Manuel Puççiarellinin keçidini həll etmək üçün "qollarını çırmaladığı” deyilir. Daha doğrusu, italiyalı həmkarlarımız bu haqda yazıb. Xəbərə inansaq, klubu ilə birillik müqaviləsi olan 29 yaşlı hücumçuya son təklif "Qarabağ”dan gəlib və tərəflər arasında danışıqlar davam edir.

İnternet qaynaqlarında yazılanlara inansaq, "Kyevo" Puççiarellini 2019-un yayında "Empoli"dən 3,75 milyon avroya transfer edib. Təcrübəli forvard ötən mövsümün ikinci yarısını icarə əsasında "Peskara"da keçirib və 11 oyunda 2 dəfə fərqlənib. Manuel indiyə qədər A seriyasında keçirdiyi 135 oyunda 16 qol vurub, B seriyasında isə 77 matçda rəqib qapılarına 10 dəfə yol tapıb. İtaliya kubokunda 11 görüşün həyəcanını yaşayıb ki, 1 dəfə də orda fərqlənib. Ümumilikdə 223 qarşılaşmada hesabında 27 top var.

Xəbərin doğruluğunu yoxlamaq üçün "Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimovla əlaqə saxlasaq da, konkret cavab ala bilmədik: "Neftçi”ylə oyundan sonra baş məşqçimiz Qurban Qurbanovun da dediyi kimi, bir yox, bir neçə mövqeyə axtarışlar davam edir. İndiyə qədər çoxlu futbolçu təklif olunub, müzakirələr gedib. Lakin bu gün üçün hansısa futbolçunun keçidinin rəsmiləşməsi aktual deyil. Ona görə də bu məsələ ilə bağlı dolğun informasiya verə bilməyəcəm”. (Futbol+)
 
Fanat.Az
  Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X