AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri və İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva UEFA-dan təyinat alıb.
Fanat.Az xəbər erir ki, Mehtiyeva Avropa Liqasının pley-off mərhələsində Belarusun "Dinamo" (Brest) və Bolqarıstanın "Lüdoqorets" komandaları arasındakı matçda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, oktyabrın 1-i Minksdəki "Dinamo" Milli Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Fanat.Az