"Real"ın ağır itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, La Liqanın III turunda "Betis”lə matçda (3:2) zədələnən Toni Kroosun durumuna aydınlıq gəlib. 30 yaşlı yarımmüdafiəçinin sağ bud əzələsində dartılma aşkarlanıb. Buna görə də Almaniya millisinin də üzvü 10-14 gün yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Kross Almaniya yığmasının oktyabrın 7-də Türkiyə ilə yoldaşlıq görüşündə və oktyabrın 10-da UEFA Millətlər Liqasının 3-cü turunda Ukrayna ilə matçda iştirak etməyəcək.
Fanat.Az