UEFA cəbhə bölgəsində baş verən hadisələrə baxmayaraq, Azərbaycan və Ermənistan yığmalarının UEFA Millətlər Liqasındakı matçlarının keçiriləcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə qurumdan news.ru saytına məlumat verili.
"UEFA vəziyyəti yaxından izləyir və qarşıdakı bütün oyunların proqrama əsasən keçirilməsi planlaşdırılır", deyə bildirilib.
Qeyd edək ki, Azərbaycan yığması oktyabrın 10-da Monteneqronun qonağı olacaq, 3 gün sonra isə Kipri qəbul edəcək.
Fanat.Az