AFFA Peşəkar Futbol Liqasına müraciət edərək Azərbaycan milli komandasının Millətlər Liqasının 10 oktyabr Monteneqro ilə səfər, 13 oktyabr Kiprlə ev oyununa daha yaxşı hazırlaşması məqsədi ilə Premyer Liqanın 5-ci turunun "Qarabağ” – "Səbail” oyunun təxirə salınmasını istəyib.
Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, AFFA-nın müraciətini, milli komandanın mənafeyini və adıçəkilən klubların razılığını rəhbər tutaraq Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının V turunun "Qarabağ” – "Səbail” oyunu başqa tarixə salınsınmasın ilə bağlı əmr imzalaylb.
Fanat.Az