Maykl Essyen "Səbail”dən ayrılsa da, Azərbaycanı unutmur.
Fanat.Az xəbər verir ki, qanalı futbol ulduzu Ermənistan silahlı qüvvələrinin işğal etdiyi əraziləri azad etmək üçün əks-hücuma keçən Azərbaycan Ordusuna dəstək verib.
"Real", "Çelsi", "Milan", "Lion" kimi böyük klublarda çıxış etmiş Essyen "Instagram" hesabından Azərbaycan bayrağını paylaşaraq "Azərbaycan üçün dua et” yazıb və üzərinə "Qarabağ Azərbaycanındır” həştəqini yerləşdirib.
Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin martından bu ilin yayına qədər ölkəmizdə "Səbail”in formasını geyinib.
Fanat.Az