Monteneqro yığmasının heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, baş məşqçi Faruk Hadjibeqiç UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan və Lüksemburqa qarşı keçiriləcək oyunlara 23 futbolçu dəvət edib. Onlardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 10-u yarımmüdafiəçi, 4-ü isə hücumçudu.
Qapıçılar: Daniyel Petkoviç ("Anje”, Fransa), Milan Miyatoviç (MTK, Macarıstan), Matiya Şarkiç ("Vulverhempton”, İngiltərə)
Müdafiəçilər: Stefan Saviç ("Atletiko”, İspaniya), Marko Şimiç ("Liepaya”, Latviya), Zarko Tomaşeviç ("Astana”, Qazaxıstan), Adam Maruşiç ("Latsio”, İtaliya), İqor Vuyaçiç ("Partizan”, Serbiya), Momkilo Raspopoviç ("Riyeka”, Xorvatiya)
Yarımmüdafiəçilər: Nikola Vukçeviç ("Levante”, İspaniya), Vladimir Yovoviç ("Yablonets”, Çexiya), Aleksandar Şçekiç ("Partizan”, Serbiya), Marko Yankoviç ("Spal”, İtaliya), Neboyşa Kosoviç ("Kayrat”, Qazaxıstan), Aleksandar Boljeviç ("Standard”, Belçika, Marko Bakiç, Deni Hoçko (hər ikisi "Muskron”, Belçika), Sead Hakşabanoviç ("Norrçepinq”, İsveç), Vukan Saviçeviç ("Samsunspor”, Türkiyə)
Hücumçular: Fatos Beçiray ("Visla”, Polşa), Stevan Yovetiç ("Monako”, Fransa), Stefan Muqoşa ("İnkon Yunayted”, Cənubi Koreya), Dino İslamoviç ("Rusenborq, Norveç).
Qeyd edək ki, hər iki oyun Monteneqro oktyabrın 10-da Azərbaycanı, 13-də Lüksemburqu qəbul edəcək. Hər iki görü. Podqoritsa şəhərində keçiriləcək.
Fanat.Az