"Barselona" ilə müqaviləsi sona çatınca klubdan ayrılan Erik Abidal bir neçə klubla görüşdüyünü bildirib.
İdman24.az xəbər verir ki, oyunçu, "İndi tətildəyəm. Bir neçə klubdan təklif var. Bu təklifləri dəyərləndirmək üçün zamana ehtiyacım var. Fransa və İspaniyadan başqa ölkələrdən də təkliflər var", deyib.
İdman24.az