"İçimdə elə hisslər var ki, sözlə ifadə etmək mümkün deyil".
Bu fikirləri "
Report"a açıqlamasında "Sumqayıt" klubunun kapitanı Vurğun Hüseynov son vaxtlar cəbhə xəttində baş verən hadisələr barəsində danışarkən deyib.
32 yaşlı müdafiəçi dualarının əsgərlərlə olduğunu bildirib: "Fikrimiz onların yanındadır. İnşallah, tezliklə torpaqlarımızı azad edərik. Allah ordumuzu, xalqımızı qorusun. Şəhidlərimizə isə Allahdan rəhmət diləyirəm".
Hüseynov döyüşə getməyə can-başla hazır olduğunu vurğulayıb: "Vətən bizim canımız, qanımızdır. Yaşasın Azərbaycan!. Ehtiyac olarsa, Orduya qoşulmağa hazıram".
Fanat.Az