"Qəbələ” İdman Klubu bu gün Avropa Liqasının pley-off mərhələsində "Legiya” ilə oyuna çıxacaq "Qarabağ”a dəstək verib.
Fanat.Az-ın xəbərinə görə, klubun rəsmi sosial şəbəkəsi vasitəsi ilə paylaşdığı şəkildə Azərbaycanın xəritəsi yer alıb və orada işğal altındakı ərazilərimizə "Qarabağ” komandasının loqosu yerləşdirilib.
"Bütün cəbhələrdə qalib gələcəyimizə inanırıq” – deyə paşlaşımda bildirilib.
Xatırladaq ki, "Legiya” – "Qarabağ” matçı bu gün Bakı vaxtı ilə saat 22.00-da başlanacaq.