17:13 03.10.2020 873

Ayxan Abbasov Xaçayevə görə millininin məşqçilərini qınadı

"Zirə”nin baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində səfərdə "Qəbələ”ylə 1:1-lik heç-heçədən sonra mətbuat konfransı keçirib. 

39 yaşlı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

- Oyun adət etmədiyimiz bir vaxtda keçirilmədi. Bu da məlum səbəblərə görədi. Əlbəttə, hər birimizin fikri, diqqəti indi cəbhədədi. Şəhidlərimizə Allah rəhmət eləsin, döyüşçülərimizə qələbə arzulayıram. Oyuna gəldikdə qeyd edə bilərəm ki, oyunun günorta saatlarına keçirilməsi hər iki komandaya fasilədən sonra çətinlik yaratdı. Hər iki komanda qalib gələ bilərdi. Arzuolunmaz zədəylə üzləşdik. Bütün hallarda meydanda olmuş hər bir oyunçuya təşəkkür etdim. Hesab edirəm ki, bu gün 1 xal bizim üçün qənaətbəxş nəticədi.

- "Qəbələ”ylə oyunlar komandanız üçün daim çətin keçir. Necə hesab edirsiniz, bu gün 1 xal qazandınız, yoxsa qələbə qazanmaq olardı?
- Biz bura 1 xal arxasınca gəlməmişdik. Qalib gəlmək istəyirdik. Ancaq havanın 30 dərəcə olması fasilədən sonra hər iki komandaya öz təsirini göstərdi. Turnir cədvəlində neçənci pillədə olmağımıza baxmırıq. Hər oyunda uğurlu nəticə əldə etmək istəyirik. Qalib gələ bilmədikdə, uduzmamağa cəhd etməli idik ki, buna da nail olduq.

- Əli Qurbaninin zədəsi nədən ibarətdi?
- Əlini əvəz etdikdən sonra sistemdə dəyişiklik etmək məcburiyyətində qaldıq. Onun nə dərəcədə ciddi xəsarət almasına sabah aydınlıq gələcək. Qasığı dartılıb.

- Son turlarda Murad Xaçayev özünü ən yaxşı tərəfdən göstərir. Sizin mövqeyiniz maraqlıdı, Murad niyə gənclər yığmamıza dəvət almır?
- Çox gözəl mövzuya toxundunuz. Ürəyim doludur. İlk olaraq əsas millinin baş məşqçisi Canni de Byaziyə təşəkkürümü bildirirəm. O, ardıcıl 2 gün məşqlərimizdə iştirak etdi. Bu gün də "Sumqayıt”ın 5 futbolçusu milliyə dəvət alıb ki, bunu da haqq etdiklərini düşünürəm. Murada gəlincə, anlaya bilmirəm, bir futbolçu daha nə etməlidir ki, gənclər yığmasının diqqət mərkəzinə düşsün?! Qeyd edim ki, Xaçayev de Byazinin diqqət mərkəzindədir, amma U-21-in nə baş məşqçisi, nə də onun  köməkçiləri bir dəfə də olsun bizimlə əlaqə saxlamayıblar. Hərçənd, limitə uyğun gələn ən çox futbolçu məhz "Sumqayıt”da çıxış edir. Murad çempionatın startından bəri oynayır. Gənclər yığmasına dəvət alanların çoxundan da daha hazırlıqlıdı. Hər siyahı açıqlanandan sonra futbolçumuz psixoloji diskomfort yaşayır. Belə anlaşılır ki, gənclər yığmamızın baş məşqçisi ya oyunlarımıza yaxşı baxmır, ya da prinsip aparır. Bəlkə də bilmirlər ki, Xaçayev limitə düşür. Ümid edirəm ki, bundan sonra oyunlarımızı daha diqqətlə izləyərlər.

- Millinin heyəti cari tur oyunları baş tutmamış açıqlandı. Axı, belədə, dəvətlilər özlərini qorumağa çalışacaq ki, zədələnməsin. Hesab etmirsiniz ki, de Byazi tələsib?
- Xeyr, razılaşmıram. Çünki artıq sabah milli yığışır. Düşünürəm ki, futbolçu meydana çıxdıqda yalnız həmin oyunu fikirləşir. Dediklərimi ən azından öz futbolçularıma şamil edə bilərəm. Misal kimi Əli Qurbanini göstərə bilərəm ki, bu gün zədələndi. Üstəlik, zədədən dərhal sonra onu əvəzləmək istəyəndə, bir qədər də sınamaq istədi. Amma ağrıların əziyyət verdiyini gördükdən sonra əvəzlədik. Futbolçu peşəkar olmalıdı.

- Səbuhi Abdullazadənin yoxluğu nə ilə əlaqədar idi?
- O, ən yaxşı futbolçularımızdandı. Sadəcə, Qurbaninin zədələnməsi planlarımızı dəyişdi. Sonra da Süleyman yoruldu ki, planlarda dəyişiklik etdik. Bu gün Murad Xaçayevlə Vüqar Mustafayev yetərincə intizamlı idilər ki, dəyişikliyə zərurət duymadım. Gənc futbolçularımız inkişaf edir. Ötən tur Rüfət Abdullazadə oynamadı, bu gün oynadı. Ötən tur Səbuhi oynadı, bu tur oynamadı. (Sport24.az)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

19 phrase_var_core.may 2025
01:16

İtaliya A Seriyası: "Napoli" də büdrədi, "İnter" də

00:40

İPL: "Arsenal" tək qolla qazandı

00:18

İspaniya La Liqası: "Barselona" öz meydanında uduzdu, "Real" səfərdə qalib gəldi

18 phrase_var_core.may 2025
23:57

Türkiyə Super Liqası: "Qalatasaray" 25-ci çempionluğunu darmadağınla qazandı

23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

17 phrase_var_core.may 2025
23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

phrase_var_core.fb
X