"Yuventus” heyətinə yeni futbolçu qatıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Turin klunu "Udenize”dən Ronaldo Mandrgoranı transfer edib. "Yuventus" 2025-ci ilin yayınadək müqavilə imzaladığı futbolçu üçün qarşı tərəfə 10 milyon 700 min avro ödəyib.
Müqaviləyə əsasən, 23 yaşlı yarımmüdafiəçi cari mövsümün sonunadək icarə əsasında "Udenize”də oynayacaq.
Qeyd edək ki, Mandragora "Udenize”yə 2018-ci ildə məhz "Yuventus”dan transfer olunub. O, geridə qalan mövsüm A Seriyasında 26 matça çıxaraq, 2 qolun ötürməsini verib.
Fanat.Az