UEFA Millətlər Liqasında Monteneqro və Kiprlə oyunlar öncəsi Azərbaycan yığmasının heyətinə daha bir futbolçu dəvət olunub.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi” klubunun hücumçusu Mirabdulla Abbasov millinin hazırlıq prosesində iştirak edəcək.
Monteneqro ilə matç oktyabrın 10-da Podqoritsada, Kiprlə qarşılaşma isə oktyabrın 13-də Bakıda təşkil olunacaq.
Fanat.Az