"Anje”nin baş məşqçisi Stefan Mulin qeyri-adi hərəkəti ilə diqqət mərkəzinə düşüb.
Fanat.Az xəbər verir ki, mütəxəssis PSJ ilə oyunda rəqib futbolçu Neymardan formasını istəyib. Bu, qarşılaşmanın gedişi zamanı yaşanıb. Həmin an parislilərin 6:1 hesabı ilə öndə olub.
Oktyabrın 2-də keçirilən qarşılaşmada Neymar 6:1 hesablı qələbəyə 2 qolla töhfə verib.