"Fənərbağça” heyətinə yeni futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, Super Liqa təmsilçisi "Roma”nın yarımmüdafiəçisi Dieqo Perottinin transferini tamamlamaq üzrədir. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Argentinalı futbolçu ötən gün İstanbula gəlib. O, tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, 32 yaşlı futbolçu 2016-cı ildən "Roma”da çıxış edir.
Fanat.Az