"Fənərbağça” "Bazel” klubunda çıxış edən hücumçu Kemal Ademini heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İstanbul təmsilçisi həm futbolçunun özü, həm də klubu ilə bütün məsələlərdə razılıq olunduğunu qeyd edib. İstanbula gələn futbolçu tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, Almaniyada dünyaya gəlmiş Kemal Ademi 2019-cu ilin yayından "Bazel”in uğurları üçün çalışırdı. O, daha öncə "Ksamaks” və "Hoffenhaym” klublarının da formasını geyinib.
Fanat.Az