"Fiorentina"nın hücumçusu Federiko Kyeza karyerasını "Yuventus"da davam etdirəcək.
Fanat.Az xəbər verir ki, məlumatı "Sky Sport Italia" yayıb.
Turin klubu 22 yaşlı forvardı sonradan tranfer hüquqlarına yiyələnmək şərtiylə 2 illik icarəyə götürüb. "Yuventus" Florensiya təmsilçisinə ilk üçün 2, ardından 8 milyon avro ödəyəcək. Kyezanın potensial transferinin qiyməti isə 10-u müxtəlif bonuslar şəklində olmaqla, 50 milyon avrodu.
Mənbəyə inansaq, futbolçu artıq Turindədi və tibbi baxışdan keçib.
Qeyd edək ki, İtaliyada transfer pəncərəsi məhz bu gün bağlanacaq.
Fanat.Az