"France Football" jurnalı dünya tarixinin ən yaxşı qapıçısı nominasiyasında namizədlərini açıqlayıb.
Fanat.Az xəbər verir ki, SSRI milli komandası ilə 1960-cı ildə Avropa çempionu olmuş Lev Yaşin "10-luğ"a daxil edilib.
Yaşinlə yanaşı, namizəd göstərilən qapıçılar arasında Qordon Benks (İngiltərə), Canluici Buffon, Dino Zoff (hər ikisi İtaliya), İker Kasilyas (İspaniya), Zepp Mayer, Manuel Noyer (hər ikisi Almaniya), Tomas Nkono (Kamerun), Peter Şmayxel (Danimarka), Edvin van der Sar (Niderland) də yer alıb.
Nəşr hər mövqe üçün eyni sayda namizəd müəyyənləşdirib. Qalibləri seçmək üçün dünyanın aparıcı media orqanlarından olan 177 jurnalist arasında sorğu keçiriləcək.
Qeyd edək ki, Lev Yaşin karyerası ərzində yalnız Moskva "Dinamo"sunun formasını geyinib.
Fanat.Az