"Mançester Yunayted" "Atalanta" ilə gənc hücumçu Amad Traorenin transferi ilə bağlı razılığa gəlib.
Fanat.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, Кot - d’İvuarlı forvard 2021-ci ilin yanvarında "qırmızı şeytanlar"a qoşulacaq. 18 yaşlı oyunçuya görə İngiltərə klubu İtaliya təmnsilçisinə 30 milyon avro ödəyəcək. Bundan başqa, "Atalanta" müəyyən bonuslar da qazanacaq.
Traore "Atalanta"nın öz yetirməsidi. O, 2019-cu ildən əsas komandada top qovur. Ötən mövsüm A Seriyasının 3 oyununda forma geyinən və 1 qol vuran Amad cari "futbol ili"ndə forma şansı qazanmayıb.
Fanat.Az