Ermənistan və Albaniya milli komandaları arasında oktyabrın 7-də Yerevanda keçirilməli olan yoldaşlıq oyunu baş tutmayacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı Ermənistan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Bölgədəki vəziyyəti nəzərə alan UEFA qarşılaşmanı ləğv edib.
Bundan başqa, UEFA-nın ermənilərin Millətlər Liqasının 3-cü turunda Gürcüstanla oktyabrın 11-də oynayacağı ev oyunu barədə yaxın günlərdə qərar qəbul edəcəyi bildirilib. Görüşün neytral meydanda olacağı gözlənilir.
Fanat.Az