AFFA-nın keçmiş texniki direktoru Bernhard Lippert Qana Futbol Assosiasiyasiasında eyni vəzifəyə təyin olunub.
Fanat.Az xəbər erir ki, 100-dən çox namizədin arasından seçilən almaniyalı mütəxəssislə 2 illik müqavilə bağlanılıb. O, 3 yerli və 3 xarici mütəxəssisin qatıldığı son müsahibə mərhələsində fərləndirilib. 58 yaşlı mütəxəssis bu postda martda ayrılan Fransis Oti Akentenqi əvəz edib.
Lippert orada məşqçilərin yetişməsinə, texniki inkişafa nəzarət edəcək. Bundan başqa, oyunlara təyinat alan nümayəndələrə, klub rəsmilərinə, inzibatçılara seminarlar keçirəcək.
Qeyd edək ki, Lippert məşqçi və məşqçi-müəllimlərin təlimatı sahəsində FIFA eksperti sayılır. Mütəxəssis Azərbaycanda 2008-ci ildən çalışmağa başlayıb. O, U-17, U-19 və U-21 yığmalarının baş məşqçisi də olub.